It sahibini ölümcül zəhərli ilandan xilas edib

It sahibini ölümcül zəhərli ilandan xilas edib

14 Sentyabr 12:29
885
Bəyəndim (5) Bəyənmədim (0)

ABŞ-ın Miçiqan ştatının Henderson şəhərində it sahibini ölümcül zəhərli ilandan xilas edib.

Oxuməni.az-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə Troy Messenger nəşri məlumat yayıb.

Bob MakLendon (Bob Mcclendon) evə gələndə Tobi adlı itinin qəzəbli halda ara vermədən hürdüyünü görüb. MakLendon deyir:

"Tobi evin damında idi və dəli kimi hürməkdə davam edirdi. Düşündüm ki, bəlkə də hansısa kiçik heyvan damdadır və it ona görə belə hürür, çünki əvvəllər belə şeylər baş vermişdi. Mən diqqətlə eyvana yaxınlaşanda damda yumrulanaraq hər an üzərimə atılmağa hazır olan olduqca zəhərli ilan gördüm. Əgər mən pilləkənə ayaq bassaydım o dərhal üzərimə atılacaqdı. Mən evə bitişik yardımçı otaqdan silahımı götürdüm və beş dəfə ilana atəş açaraq öldürdüm. Bu, uzunluğu 1,3 metr olan zolaqlı zəhərli ilan idi".

MakLendon həyatını xilas etdiyi üçün itinə borclu olduğunu xüsusi vurğulayıb.

Oxuməni.az