Ankaranı cənginə alan qum fırtınası hələ bir həftə də davam edəcək

Ankaranı cənginə alan qum fırtınası hələ bir həftə də davam edəcək

14 Sentyabr 09:01
437
Bəyəndim (2) Bəyənmədim (0)

Ankaranı cənginə alan qum fırtınası növbəti həftə də öz təsirini göstərəcək.

Oxuməni.az xəbər verir ki, bu sözləri İstanbul Texniki Universitetinin professoru Hüseyn Toros deyib.

"Son vaxtlar Afrika və Ərəbistan yarımadasından gələn qum fırtınası xüsusilə Anadoluda havanın keyfiyyətinin aşağı düşməsinə səbəb olub. Bu, tənəffüs sisteminə və qan dövranına mənfi təsir göstərə bilər", - H.Toros qeyd edib.

Professor bildirib ki, güclü küləklər və qum fırtınası insan tələfatına, həmçinin maddi itkilərə səbəb ola bilər.

Qeyd edək ki, bir qədər əvvəl Ankarada qum fırtınası Poladlı və Haymana rayonlarını qaranlığa qərq edib. Toz buludu güclü küləklə müşayiət olunur.

Oxuməni.az