Ermənilər 24 apreli azərbaycanlıları güllələməklə qeyd ediblər

Ermənilər 24 apreli azərbaycanlıları güllələməklə qeyd ediblər

25 Aprel 2011 11:50
887
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənilər qondarma 24 aprel soyqırımını Rusiyanın Tver şəhərində 3 nəfər azərbaycanlını güllələməklə "qeyd" ediblər.


Dünən gündüz saatlarında erməni millətindən olan bir qrup şəxs azərbaycanlılara pusqu quraraq, onları şəhərin "Karxana" deyilən ərazisinə çağırıblar. Tərəflər arasında baş verən davada Tver sakinləri - Cahangir, Vüqar və Elşən adlı soydaşlarımız güllə yarası alıblar. Elşənin vəziyyəti daha ağır olduğu üçün o, xəstəxanaya yerləşdirilib. Cərrahiyyə əməliyyatı nəticəsində Elşəninin bədənindən bir güllə çıxarılıb və o, yenidən əməliyyat edilib.


Cahangir və Vüqarın isə qolundan yaralandığı bildirilir. Azərbaycanlıların kütləvi şəkildə xəstəxanaya toplaşmasından qorxan polislər onları həyətə buraxmayıblar.


Qeyd edək ki, Rusiya vətəndaşı olan soydaşlarımız - Cahangir Balakən, Elşən Kürdəmir, Vüqar isə Kəlbəcər rayonlarındandırlar. Məlumatı Tver şəhərində yaşayan soydaşımız Qabil Məmmədov yayıb.


Çaqqal xislətli ermənilər qurd ürəkli türk oğulları ilə bacarmadılar...


Hafiz Əhmədov


O.M.