“Əl Qaidə”nin dəhşətli terror aktının qarşısı alındı

“Əl Qaidə”nin dəhşətli terror aktının qarşısı alındı

8 May 2012 10:44
Bəyəndim (0) Bəyənmədim (0)
Terrorçular bu dəfə də ABŞ sərnişin təyyarəsini partlatmağa hazırlaşırdılar

"Əl Qaidə"nin növbəti terror aktının qarşısı alınıb. Belə ki, təşkilatın Yəmən qolunun üzvləri ABŞ təyyarəsində terror törətməyə hazırlaşırdılar. Britaniyanın BBC kanalının bu gün yaydığı məlumata görə, ABŞ-ın Federal Təhqiqat bürosunun əməkdaşları müxtəlif ölkələrdə fəaliyyət göstərən kəşfiyyat orqanları ilə əməkdaşlıq edərək "Əl Qaidə"nin terror üçün hazırladığı əldəqayırma partlayıcı qurğuları ələ keçirə biliblər. Ehtimala görə, təşkilat 2009-cu ildə Amsterdamdan Detroyta uçan təyyarədə nigeriyalı Ömər Farukun partlada bilmədiyi qurğunu təkmilləşdirərək yenidən terror aktlarında istifadə etməyə hazırlaşırdı.

O.M.