İşğalçı erməni ordusu atəşkəs rejiminə məhəl qoymur

İşğalçı erməni ordusu atəşkəs rejiminə məhəl qoymur

8 May 2012 09:59
Bəyəndim (0) Bəyənmədim (0)

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, işğalçı Ermənistan ordusunun bölmələri mayın 7-də saat 12.40-dan 12.55-dək Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Qaralar kəndində yerləşən mövqeləri, saat 12.50-dən 13.00-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 20.15-dən 20.35-dək Tərtər rayonunun Qızıloba kəndi yaxınlığında yerləşən mövqelərdən, mayın 8-də saat 01.05-dən 01.25-dək Füzuli rayonunun Qaraxanbəyli və Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub.

O.M.