Abel Məhərrəmov professor Məhəmməd İmanlının həbsinə münasibət bildirdi

Abel Məhərrəmov professor Məhəmməd İmanlının həbsinə münasibət bildirdi

7 May 2012 13:55
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov sabiq dekan müavini, hüquq elmləri doktoru, professor Məhəmməd İmanlının həbsinə münasibət bildirib. Rektor jurnalistlərə açıqlamasında qeyd edib ki, ezamiyyətdən bu gün səhər gəlib və bu barədə səhər mətbuatdan xəbər tutub: "Bu məsələ araşdırılacaq. Əgər cinayət törədilibsə, korrupsiya ilə bağlı faktlar varsa, hüquq-mühafizə orqanları bunu araşdıracaq. Amma BDU-da məlumatda qeyd olunan beynəlxalq iqtisadi əlaqələr fakültəsi yoxdur. Digər tərəfdən, biz ikinci ixtisasa adam qəbul edib-etməyəcəyik, bu hələ məlum deyil. Bu məsələyə iyul ayında BDU-nun Elmi Şurasında baxılacaq. Bu kimi məsələlərlə bağlı dəqiqləşməyə ehtiyac var. Amma hadisədir olub. Onu araşdırmaq və tədbirlər həyata keçirmək lazımdır".

O.M.