Zaqatalada daha iki yeraltı təkan baş verdi

Zaqatalada daha iki yeraltı təkan baş verdi

7 May 2012 10:55
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin xəbərinə görə, Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 7 may 2012-cu il tarixində Bakı vaxtı ilə saat 10:38 və 10:40-da Zaqatala rayonundan 17 km cənub-qərbdə təkrar yeraltı təkanlar qeydə alınmışdır. Yeraltı təkanların gücü episentrdə 4,3 və 4,5 bal olmuşdur. Yeraltı təkanlar Zaqatala, Şəki, Qax, Oğuz, Mingəçevir, Gədəbəy və Şəmkirdə hiss olunmuşdur. Tələfat, xəsarət alanlar və dağıntı barədə məlumat verilmir. Nazirliyin Aviasiya dəstəsi və digər qəza-xilasetmə qüvvələri hadisə zonasına cəlb olunmuşdur. Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov hadisə zonasındadır.

O.M.