Azərbaycanda 7 bal gücündə zəlzələ oldu

Azərbaycanda 7 bal gücündə zəlzələ oldu

7 May 2012 10:12
936
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 7 may 2012-cu il tarixində Bakı vaxtı ilə saat 09:40-da Zaqatala rayonunundan 17 km cənub-qərbdə zəlzələ qeydə alınmışdır. Yeraltı təkanların gücü episentrdə 7 bal olmuşdur. Yeraltı təkanlar Zaqatala, Balakən, Şəki, Qax, Oğuz, Mingəçevir, Gədəbəy və Şəmkirdə hiss olunmuşdur. İlkin məlumat əsasən, bəzi tikililərdə çatlar əmələ gəlmişdir. Tələfat və xəsarət alanlar barədə məlumat verilmir. Nazirliyin Aviasiya dəstəsi və digər qəza-xilasetmə qüvvələri hadisə zonasına cəlb olunmuşdur. Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov hadisə zonasındadır.

Zaqatala İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Elman Ramazanovun açıqlamasına görə, zəlzələ nəticəsində bir sıra kəndlərdə və şəhər mərkəzindəki bəzi tikililərdə dağıntılar qeydə alınıb. Hazırda dağılmış evlər siyahıya alınır. İnsan itkisi və ya xəsarət alanlar barədə hələlik məlumat yoxdur.

O.M.