Tacikistan-Əfqanıstan sərhədində atışma olub

Tacikistan-Əfqanıstan sərhədində atışma olub

25 Aprel 2011 11:46
Bəyəndim (0) Bəyənmədim (0)

Tacikistan Əfqanıstan sərhədində baş vermiş silahlı atışma zamanı 2 nəfər ölüb. Hadisə Tacikistanın cənubunda yerləşən Şurabad bölgəsində baş verib.


Tacik xəbər agentliyinin verdiyi məlumata görə, Tacikistan sərhəd müdafiəçilərinə qarşı hücum olub. Hücum zamanı bir tacik əsgəri həlak olub.


Tacikistan Sərhəd Müdafiəsi Xidmətinin rəisi Huşnud Rahmatullayevin verdiyi açıqlamada 12 əfqan əsgərinin tacik sərhəd müdafiəçilərinə qarşı atəş açması nəticəsində 1 tacik əsgərinin həlak olduğu təsdiqini tapıb.


Tacik səlahiyyətli nümayəndələrinin dediyinə görə, hücum zamanı bir əfqan əsgəri də həlak olub.


Xatırladaq ki, bu hücum əfqan əsgərlərin cari ilin əvvəlindən təşkil etdikləri 6-cı hücumdur.


Heç bir halda, hətta insani münasibətlərdə də sərhədi keçmək olmaz.


Elvin Babayev


O.M.