Əvəz Temirxanın Vəkillər Kollegiyasına qarşı iddia ərizəsi əsasında ilk məhkəmə iclası keçirildi

Əvəz Temirxanın Vəkillər Kollegiyasına qarşı iddia ərizəsi əsasında ilk məhkəmə iclası keçirildi

4 May 2012 12:40
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhərinin Nəsimi rayon Məhkəməsində Azərbaycan Liberal Demokrat Partiyasının sədri Əvəz Temirxanın Vəkillər Kollegiyasına üzvlüyə qəbuldan imtinanın qanunsuz sayılması barədə iddiası üzrə məhkəmənin baxış iclası keçirilib. Ə.Temirxanının vəkili İntiqam Əliyevin jurnalistlərə verdiyi məlumata görə, hakim Elman Əhmədovun sədrlik etdiyi prosesdə müdafiə tərəfi Vəkillər Kollegiyasının sədri Azər Tağıyevin və Rəyasət Heyətinin üzvlərinin səlahiyyət müddətinin 2009-cu ildə başa çatması ilə bağlı məsələ qaldırıb. Lakin Vəkillər Kollegiyasının prosesdə iştirak edən nümayəndəsi və hakim bu məsələnin iddia ilə əlaqəsinin olmadığını bildiriblər.

Proses mayın 24-də davam etdiriləcək.
Qeyd edək ki, Ə.Temirxan 2011-ci ildə Vəkillər Kollegiyasının üzlüyünə namizəd olmaq üçün sənəd verib. İyun ayında keçirilən yazılı test imtahanında 62 bal toplayaraq 2-ci tura keçib. 8 dekabr 2011-ci ildə keçirilən şifahi imtahan zamanı Vəkillər Kollegiyasının sədri Azər Tağıyev onun sualları düzgün cavablandırmadığını bildirib. Nəticədə İxtisas Komissiyası Ə.Temirxanın kollegiyaya qəbul olunmaması barədə rəy verib.

O.M.