Baş Dövlət Yol Polisi İdarəsi “Eurovision-2012” ilə bağlı sürücülərə müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi “Eurovision-2012” ilə bağlı sürücülərə müraciət etdi

4 May 2012 10:01
871
Bəyəndim (0) Bəyənmədim (0)

Baş Dövlət Yol Polisi İdarəsi "Eurovision-2012" ilə bağlı sürücülərə müraciət edib. Müraciətdə deyilir: "Bu ay Bakıda keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsi ilə əlaqədar paytaxt küçələrində yarana biləcək avtomobil sıxlığını nəzərə alaraq, istər rayonlardan Bakıya gələn, istərsə də Bakıda qeydiyyatda olan avtomobil sahibləri şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etsinlər". Müraciətdə o da bildirilir ki, müsabiqə ilə əlaqədar yük avtomobillərinin paytaxtda girişinə məhdudiyyət qoyulacaq. Bunun üçün artıq hüquqi şəxslərə müraciət edilib. Müraciətdə hüquqi şəxslərdən mayın 8-dən sonunadək yük avtomobillərinin Bakıya girişinin maksimum səviyyədə məhdudlaşdırılması ilə bağlı tədbirlər görmələri xahiş olunub.

O.M.