Rusiyada meşə yanğınları: Fövqəladə vəziyyət...

Rusiyada meşə yanğınları: Fövqəladə vəziyyət...

11 Avqust 2020 11:28
Bəyəndim (3) Bəyənmədim (0)

Rusiyanın Krasnoyarsk bölgəsində yerləşən Kejemski rayonunda meşə yanğınlarının kəskin artması səbəbindən fövqəladə vəziyyət elan olunub.

Oxuməni.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Krasnoyarsk bölgəsi üzrə Baş İdarəsindən məlumat yayılıb.

Məlumata əsasən, avqustun 11-dən insanlar və nəqliyyat vasitələrinin meşələrə girişi məhdudlaşdırılıb.

Bölgə xilasediciləri alovla diqqətli davranmağa, o cümlədən hər hansı yanğın aşkar edilərsə, dərhal bu barədə əməliyyat xidmətlərinə məlumat verməyi tapşırıblar.

Hazırda bölgədə 2532 hektar ərazidə 33 meşə yanğını qeydə alınıb.

Oxuməni.az