İraqın Nəcəf vilayətində 20 ərzaq anbarında güclü yanğın baş verib

İraqın Nəcəf vilayətində 20 ərzaq anbarında güclü yanğın baş verib

6 Avqust 2020 16:40
Bəyəndim (7) Bəyənmədim (1)

İraqın Nəcəf vilayətindəki 20 ərzaq anbarında güclü yanğın baş verib.

Oxuməni.az xəbər verir ki, bu barədə İraqın Mülki Müdafiə Təşkilatının rəhbəri Əli Tovic məlumat verib.

O bildirib ki, bitişik ərzaq anbarlarının birində baş verən yanğın qısa vaxtda digərlərinə də yayılıb. Yanğın zamanı anbarlarda xeyli sayda işçi olub. Hələlik insan tələfatı haqqında məlumat verilməyib.

İraqın “Əl-Malum” saytı bildirib ki, yanğın nəticəsində Nəcəf vilayətinin ərzaq ehtiyatı tamamilə məhv olub. Bu da vilayətdə ərzaq qıtlığı yarada bilər.

Yanğınsöndürənlərin səylərinə baxmayaraq, yanğını hələ də söndürmək mümkün olmayıb.

İlkin olaraq yanğının qısaqapanma nəticəsində baş verdiyi ehtimal edilir. Lakin bəzi mətbuat orqanları terror aksiyasını da istisna etmirlər.

Hadisə ilə bağlı təhqiqat aparılır.

Oxuməni.az