Fransada güclü yanğınlar baş verdi

Fransada güclü yanğınlar baş verdi

5 Avqust 14:43
6 395
Bəyəndim (0) Bəyənmədim (0)

Fransanın cənubunda yerləşən Martiq şəhərindəki yanğınlar min hektardan çox meşə ərazisini məhv edib.

Oxuməni.az xəbər verir ki, yanğın Aralıq dənizi sahilləri yaxınlığında geniş bir ərazidə meydana gəlib.

Güclü külək alovun sürətlə yayılmasına səbəb olduğu üçün xilasetmə xidmətləri təcili olaraq 2.7 mindən çox insanı bölgədən təxliyə edib.

Yanğınla 1.8 min yanğınsöndürən və bir neçə xüsusi təyyarənin mübarizə apardığı bildirilir. Bəzi ərazilərdə yanğının hündürlüyü 20 metrdən çox olub.

Yanğın zamanı beş yanğınsöndürən xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Oxuməni.az