Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin komandiri qəzada ölüb

Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin komandiri qəzada ölüb

2 Avqust 07:09
6 734
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistanın Qeqarkünik vilayətində avtoqəza baş verib.

Oxuməni.az xəbər verir ki, Sevan-Sovaqyuğ-Şorja avtomobil yolunun 47-ci km-liyində hələlik naməlum şəraitdə BMV markalı avtomobil aşıb.

Qəza nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə "Sambarak" tibb mərkəzinə yerləşdirilib.

Məlumata görə, ölmüş şəxs Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində komandir kimi xidmət edən 38 yaşlı A.Q-dır və o, sərnişin olub, sürücü isə 46 yaşlı K.K-dır.

Oxuməni.az