Göldə narkotiklərlə dolu kisələr aşkarlanıb

Göldə narkotiklərlə dolu kisələr aşkarlanıb

25 Aprel 2011 11:08
Bəyəndim (0) Bəyənmədim (0)

Amerikanın Nyu-Meksiko ştatında təyyarə qəzaya uğrayıb. Oxumeni.az saytının "Reuters"ə istinadən verdiyi məlumata görə, narkotik ticarətçilərinə məxsus çoxlu miqdarda kokain aparan təyyarə Heron gölünə düşüb.


Suya düşmüş təyyarə ağır olduğu üçün tezliklə suyun dibinə batıb. Bu zaman təyyarədə olan narkotik dolu kisələr gölün üzünə çıxıb. Polis bunun kokain olduğunu müəyyənləşdirib.


Qəza zamanı təyyarədə olan insanların hamısı həlak olub. Ölənlərin neçə nəfər olduğu açıqlanmır. Qəzaya güclü küləyin səbəb olduğu bildirilib.


Yəqin ki, indən belə Heron gölünün adı Heroin olar...


Hafiz Əhmədov


O.M.