Tanzaniyadakı Tanqanika gölündə faciə baş verib

Tanzaniyadakı Tanqanika gölündə faciə baş verib

31 İyul 2020 07:32
Bəyəndim (0) Bəyənmədim (0)

Tanzaniyada Tanqanika gölündə hərəkətdə olan bərənin aşması nəticəsində 10 nəfər boğulub.

“Sinxua” agentliyi xəbər verir ki, bu barədə bölgə polisinin rəhbəri Martin Otieno məlumat verib.

O bildirib ki, bərədə olan digər 87 nəfərin həyatı xilas edilib: “Təhlükəsizlik xidməti qəzanın səbəbini araşdırır, qurbanların dəqiq sayı müəyyənləşdirilir".

Qeyd edək ki, ağır çay axını ilə dünyanın ən uzun şirin su gölü olan Tanqanika Afrikada su nəqliyyatı üçün ən təhlükəli akvatoriyalardan biridir. Göldə tez-tez güclü küləklər müşahidə edilir.

Oxuməni.az