İşğalçı Ermənistan ordusu növbəti dəfə atəşkəsi pozdu

İşğalçı Ermənistan ordusu növbəti dəfə atəşkəsi pozdu

1 May 2012 09:52
Bəyəndim (0) Bəyənmədim (0)

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 30-da saat 09.30-dan 09.40-dək Ağdam rayonunun Şıxlar kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 16.20-dən 16.25-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 14.05-dən 14.20-dək və 18.05-dən 18.10-dək Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Çinarlı kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Qaralar və Ağbulaq kəndlərində yerləşən mövqeləri, saat 18.15-dən 18.20-dək və 22.30-dan 22.35-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun Şavarşavan və Barekamavan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli və Qaymaqlı kəndlərində yerləşən mövqeləri, saat 19.30-dan 19.35-dək və mayın 1-də 04.35-dən 04.40-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub.

O.M.