Balaş Azəroğlu dünyasını dəyişib
Azərbaycanın xalq şairi Balaş Azəroğlu ötən gün günorta saatlarında 90 yaşında dünyasını dəyişib.
Şair, ədəbiyyatşünas, filologiya elmləri namizədi Abizadə Balaş Allahbaxış oğlu
1921-ci ildə Bakı şəhərində anadan olub. İlk mətbu şeiri "Dnepr"
1937-ci ildə Bakıda çapdan çıxıb.
Balaş Azəroğlu 1938-ci ildə ailəliklə Cənubi Azərbaycanın Ərdəbil şəhərinə köçdüyündən burada fars ibtidai məktəbində təhsil alır. Milli azadlıq hərəkatına qoşulur və Azərbaycan ziddi-faşist cəmiyyətinin Ərdəbil vilayəti şöbəsinə sədr seçilir. 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olur. 1997-ci ildə "Şöhrət" ordeni ilə təltif olunur.
Allah rəhmət eləsin!..
Elvin Babayev
O.M.
Digər xəbərlər