Sarkisyan türk bayrağının yandırılmasına tamaşa edib

Sarkisyan türk bayrağının yandırılmasına tamaşa edib

25 Aprel 2011 10:40
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistanın paytaxtı İrəvanda dünən minlərlə insan "soyqırımı abidəsi" adlandırılan kompleksin önündə Türkiyə bayrağını yandırıblar. Ermənistanın prezidenti Serj Sarkisyan hadisə yerinə gələrək Türkiyə bayrağının necə yandırılmasına tamaşa edib.


Alqışlarla Türk bayrağı yandırılandan sonra nümayiş iştirakçıları Türkiyə əleyhinə ifadələr dolu çağırışlar ediblər.


1 yaşlı erməni uşağının boynunda keçən il olduğu kimi yenə də "1.5 milyon + 1 Hrant Dink" şəkilli plakatı olub. Ermənilərin fikrincə, bu şəkil türklərin ermənilərə qarşı soyqırım siyasətini hələ də davam etməsini ifadə edir.


Ermənilərə deyən lazımdır, yalan deyənin soyu qırılsın...


Hafiz Əhmədov


O.M.