Vaşinqtonda atışma zamanı 1 nəfər ölüb, azı 8 nəfər yaralanıb

Vaşinqtonda atışma zamanı 1 nəfər ölüb, azı 8 nəfər yaralanıb

20 İyul 09:44
5 483
Bəyəndim (0) Bəyənmədim (0)

Vaşinqtonda baş vermiş silahlı insident zamanı bir nəfər ölüb, daha səkkiz nəfər yaralanıb.

Oxuməni.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə şəhər polisinin mətbuat xidmətindən bildirilib.

“Xəstəxanaya doqquz nəfərin aparıldığı tərəfimizdən təsdiqini tapdıq. Biz hələ ki odlu silah yaraları alanların dəqiq sayı ilə bağlı dəqiqləşdirmələr aparırıq. Bununla belə, yaralılardan biri ölüb”, - deyə agentliyin mənbəyi qeyd edib.

Onun sözlərinə görə, yaralıların hamısı böyüklərdir. Onların vəziyyəti barədə hələ məlumat verilməyib. İnsidentin üç qaradərili tərəfindən törədildiyi ehtimal olunur.

Oxuməni.az