Cəbhə xəttində yenidən atəşkəs pozuldu

Cəbhə xəttində yenidən atəşkəs pozuldu

30 Aprel 2012 09:56
Bəyəndim (0) Bəyənmədim (0)

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 29-da saat 14.40-dan 14.55-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, aprelin 30-da saat 02.10-dan 03.00-dək Ermənistan Respublikasının Berd rayonunun Mosesqerx kəndində yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub.

O.M.