Ukraynada güclü yanğın nəticəsində 24 ev tamamilə yanıb

Ukraynada güclü yanğın nəticəsində 24 ev tamamilə yanıb

9 İyul 13:00
5 774
Bəyəndim (0) Bəyənmədim (0)

Ukraynanın Luqansk vilayətində meşə zonasında və ona bitişik yaşayış massivlərində davam edən yanğın nəticəsində 71 nəfər xəstəxanaya müraciət edib. Onlardan 34-ü xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan 15-i uşaqdır.

Oxuməni.az xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb. Əlli hektar ərazini əhatə edən yanğın lokallaşdırılsa da, hələ də 5 hektar ərazidə yanğın davam edir. Yanğının söndürülməsinə 1500 nəfərə yaxın canlı qüvvə və 293 texnika cəlb edilib. Yanğın 59 evə ziyan vurub, onlardan 24-ü tamamilə yanıb.

Qeyd edək ki, ilkin məlumatda yanğın nəticəsində 5 nəfərin həlak olduğu açıqlanıb.

Xatırladaq ki, iyulun 6-da Luqansk vilayətinin Borovsk və Axtırsk meşə təsərrüfatında 50 hektar ərazidə yanğın baş verib. İyulun 7-də yanğın lokallaşdırılsa da, güclü külək nəticəsində alov ətrafdakı kəndlərə keçib.

Oxuməni.az