Ukraynada güclü yanğın nəticəsində azı beş nəfər həlak olub, itkin düşənlər var

Ukraynada güclü yanğın nəticəsində azı beş nəfər həlak olub, itkin düşənlər var

8 İyul 2020 14:59
Bəyəndim (0) Bəyənmədim (0)

Ukraynanın Luqansk vilayətində meşə zonasında baş verən yanğın nəticəsində azı 5 nəfər həlak olub.

Oxuməni.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski keçirdiyi brifinqdə məlumat verib.

“Yanğın nəticəsində həlak olanların yaxınlarına başsağlığı verirəm. Yanğın nəticəsində insan itkisi və dəyən ziyanla bağlı ətraflı məlumat veriləcək”, - deyə V.Zelenski əlavə edib.

Yanğın zamanı bir neçə nəfər itkin düşüb.

Xatırladaq ki, iyulun 6-da Luqansk vilayətinin Borovsk və Axtırsk meşə təsərrüfatında 50 hektar ərazidə yanğın baş verib. İyunun 7-də yanğın lokallaşdırılsa da, güclü külək nəticəsində alov ətrafdakı kəndlərə keçib. Hazırda 40 hektar ərazidə yanğının söndürülməsi işləri davam etdirilir.

Oxuməni.az