Ermənistan ordusu atəşkəs rejiminə əməl etmir

Ermənistan ordusu atəşkəs rejiminə əməl etmir

26 Aprel 2012 09:59
Bəyəndim (0) Bəyənmədim (0)

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 25-də saat 09.00-dan 09.05-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Azərbaycanın Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərini, saat 13.20-dən 13.40-dək və 13.25-dən 13.40-dək Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdən və Aqedzor kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Qaralar və Muncuqlu kəndlərində yerləşən mövqeləri, saat 12.30-dan 12.45-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun Berdavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqeləri, saat 14.10-dan 14.30-dək Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqeləri, saat 19.50-dən 20.00-dək Ağdam rayonunun Qaraqaşlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

düşmən cavab atəşi ilə susdurulub.

O.M.