VİDEO-PKK erməni terror təşkilatı imiş

VİDEO-PKK erməni terror təşkilatı imiş

25 Aprel 2012 11:02
Bəyəndim (0) Bəyənmədim (0)
Türkiyədə 20 erməni aşirəti (qəbiləsi) kürd adı ilə yaşayır və separatçı fəaliyyətdə birbaşa iştirak edir

"Türk Tarix Qurumu" Elmi Tədqiqat İnstitutunun sabiq rəhbəri Prof.Dr.Yusuf Halaçoğlu Türkiyənin "A haber" televiziya proqramında dəhşətli açıqlamalarla çıxış edib. Alimin sözlərinə görə, hazırda Türkiyə ərazisində 20 erməni aşirəti (qəbiləsi) kürd adı ilə yaşayır və separatçı fəaliyyətdə birbaşa iştirak edir. Arxiv sənədlərinə əsaslanan Yusuf Halaçoğlu "ermənilərin soyqırımı" iddialarının şişirdilmə olduğunu bildirərək, əslində, ermənilərin dinlərini və soyadlarını dəyişdirməklə Türkiyədə yaşamaqda davam etdiklərini dilə gətirib. Alimin fikrincə, erməni terror təşkilatı "ASALA"nın Türkiyədə fəaliyyətini gözlənilmədən dayandırmasından sonra PKK kürd terror təşkilatının yaranması bəzi mətləblərdən xəbər verir. Daha doğrusu, PKK rəhbərliyində təmsil olunanların yarıya qədərinin erməni əsilli olmaları onların Türkiyəyə qarşı düşmən kəsildiklərinin göstəricisidir. Arxiv sənədləri hətta PKK rəhbəri Abdullah Öcalanın da erməni əsilli olduğunu sübuta yetirir. Başqa bir fakt: "PKK-nın yarandığı 35 il ərzində türklərlə bərabər 40 min kürdün öldürülməsi onu deməyə əsas verir ki, bu gün Türkiyədə yaşayan ermənilər kürd adı altında gizlənərək terrorla məşğul olurlar".

Təəssüf ki, terroristlər ölsə də, terror ölmür...

Aqil Hüseynov

O.M.