Suriyada 2 gündə 120 nəfər öldürüldü

Suriyada 2 gündə 120 nəfər öldürüldü

25 Aprel 2011 10:16
1 039
Bəyəndim (0) Bəyənmədim (0)


Suriyada cümə günü baş verən qarşıdurmalarda həlak olanlar üçün təşkil edilən dəfn mәrasimlәri on minlәrlә insanın qatıldığı aksiyalara çevrilib.


Tәhlükәsizlik qüvvәlәrinin aksiyaçılara atəş açdığı paytaxt Şamdakı hadisәlәrdә həlak olanların sayı 30 nәfәrә çatıb. Çox sayda insan da yaralanıb.


Ölkәdәki etiraz nümayişləri nəticəsində son iki gündə ölənlərin sayı isə 120 nәfәrә çatıb.


Digər tәrәfdәn, aksiyaçılara atəş edilməsini pisləyən Dera şəhərinin 2 millət vəkili isə vәzifәsindәn istefa edib.


Beynəlxalq ictimaiyyət dә ölkәdәki şiddət hadisәlәrini pisləyib.


ABŞ-ın ardınca Avropa İttifaqı, Rusiya, Yunanıstan vә Fransa da Şam rәhbәrliyinin aksiyaçılara qarşı güc tətbiq etməsini pisləyərək, axan qanın dayanması üçün təcili olaraq islahatların həyata keçirilməsini istəyib.


Azadlıq verilmir, alınır...


Elvin Babayev


O.M.