Meksikada təyyarə qəzaya uğrayıb, ölənlər var

Meksikada təyyarə qəzaya uğrayıb, ölənlər var

24 İyun 2020 10:17
Bəyəndim (0) Bəyənmədim (0)

Meksikada baş vermiş təyyarə qəzasında 6 nəfər ölüb.

Oxuməni.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Çiuaua ştatının prokurorluğu məlumat yayıb.

Məlumata görə, “Cessna” markalı yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində pilot və 5 sərnişin ölüb.

Bildirilir ki, təyyarə bir gün əvvəl Kamarqo şəhərindən Quasave istiqamətində uçub, ancaq sonradan onunla əlaqələr kəsilib. Axtarış əməliyyatı zamanı Çiuaua və Sinaloa ştatlarının sərhədi yaxınlığında təyyarənin dağıntıları aşkar edilib.

Oxuməni.az