Cəbhə xəttində silahlar dilə gəldi

Cəbhə xəttində silahlar dilə gəldi

25 Aprel 2012 09:58
Bəyəndim (0) Bəyənmədim (0)

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan ordusunun bölmələri aprelin 24-də saat 10.55-dən 11.00-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi, saat 21.40-dan 21.45-dək Ermənistan Respublikasının Berd rayonunun Çinarlı kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində yerləşən mövqelərimizi, saat 18.00-dan 18.20-dək Ağdam rayonunun Şıxlar kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 19.00-dan 19.25-dək və 20.05-dən 20.10-dək Tərtər rayonunun Göyarx və Çiləbürt kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 23.00-dan 23.15-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 14.20-dən 14.40-dək, 14.30-dan 14.40-dək, 14.40-dan 14.50-dək, aprelin 25-də saat 01.50-dən 02.00-dək və 06.00-dan 06.10-dək Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli və Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 00.50-dən 00.55-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 06.00-dan 06.10-dək Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat, pulemyot və qumbaraatanlardan atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub.

O.M.