Rusiyada istilik istehsal edən anbarda partlayış olub

Rusiyada istilik istehsal edən anbarda partlayış olub

19 İyun 2020 10:19
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın Murmansk vilayətinin Leninski rayonunda bölgəni istilik və isti su ilə təmin edən anbarda partlayış olub.

Oxuməni.az TASS-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat yayıb.

Bildirilib ki, partlayış zamanı anbarın əsas işlək mexanizmlərindən olan 4 silindrindən 3-ü sıradan çıxıb.

Hadisə zamanı heç kimin xəsarət almadığı bildirilib.

Qeyd edək ki, sözügedən anbar Murmansk vilayətinin istilik və elektrik sənayesində ən böyük müəssisədir.

Oxuməni.az