ABŞ jurnalist İdrak Abbasovu döyənlərin məsuliyyətə cəlb olunmasını istəyir

ABŞ jurnalist İdrak Abbasovu döyənlərin məsuliyyətə cəlb olunmasını istəyir

20 Aprel 2012 11:08
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın Azərbaycandakı səfirliyi aprelin 18-də jurnalist İdrak Abbasova olan hücumu qınayıb. Səfirliyin mətbuat xidmətinin bununla bağlı bəyanatında deyilir: "Media azadlığı hər bir demokratiya üçün vacibdir. Jurnalistlər hədə və qorxu olmadan azad şəkildə işləyə bilməlidirlər".

Səfirlik bəyanatında Azərbaycan hökumətini dərhal və əsaslı cinayət araşdırması başlatmağa və hücumda günahkar olanları məsuliyyətə cəlb etməyə çağırıb.

O.M.