Naməlum obyekt Türkiyəni qarışdırıb-Video

Naməlum obyekt Türkiyəni qarışdırıb-Video

28 May 2020 09:29
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin Trabzon şəhərinə meteoritin düşməsi ilə bağlı sosial şəbəkələrdə video yayımlanıb.

Oxuməni.az xəbər verir ki, yerli vaxtla 20:35-də qeydə alınan videoda bir anda hər tərəfin işıqlandığı görünür.

Sakinlər iddia edir ki, yerə nəhəng meteorit düşüb.

Trabzon Jandarm İdarəsi bölgəyə meteorit düşməsini təsdiqləyən hər hansı faktın olmadığını bildirib.

Sözügedən naməlum obyektin yerə düşməsi qonşu bölgələr – Ağrı, Ərzincan, Ərzurum, Van, Artvindən də görünüb.

Bildirilir ki, cisim yerə düşən zaman göy gurultusuna bənzər güclü səs eşidilib, ardınca göy üzündə tüstü qatı əmələ gəlib.

Olayla bağlı araşdırma aparılır.

Meteorologiya üzrə türkiyəli mütəxəssis Mikdat Kadıoğlunun sözlərinə görə, düşən obyekt kosmik tullantı da ola bilər.

Oxuməni.az