Azərbaycan Mətbuat Şurası “Sulutəpə hadisələri”ni işıqlandıran 2 jurnalistin döyülməsini qınadı

Azərbaycan Mətbuat Şurası “Sulutəpə hadisələri”ni işıqlandıran 2 jurnalistin döyülməsini qınadı

18 Aprel 2012 17:58
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bu gün "Yeni Müsavat" qəzetinin əməkdaşı Günay Musayeva və jurnalist İdrak Abbasovun ("Zerkalo" qəzeti) peşə fəaliyyətini yerinə yetirərkən təzyiqlərlə üzləşmələri ilə bağlı Daxili İşlər naziri Ramil Usubova müraciət göndərib. Müraciətdə deyilir ki, Mətbuat Şurasına hər iki media təmsilçisinin aprelin 18-də ARDNŞ-in Binəqədi rayonundakı 4-cü mədən ərazisində yerləşən tikililərin söküntü prosesi ilə bağlı material hazırlayarkən təzyiqlərlə üzləşdiyi barədə məlumat daxil olub.

Şirkətin işçiləri onların peşə vəzifələrini yerinə yetirmələrinə mane olub, G.Musayevaya təzyiq göstərərək fotoaparatını əlindən alıblar. İ.Abbasov isə fiziki təzyiqə məruz qalmaqla yanaşı, digər həmkarı kimi təhqir olunub.
Şura sədri müraciətində məsələnin ətraflı araşdırılacağına və qanuna müvafiq tədbir görüləcəyinə əminliyini vurğulayıb.

O.M.