Bu ana ƏN SON xəbərlər

Bu ana ƏN SON xəbərlər

25 Aprel 2011 07:05
1 486
Bəyəndim (0) Bəyənmədim (0)

Dünyada baş verən hadisələr France Pressenin gözü ilə qısa xəbərlərdə:


25 aprel 2011, yerli vaxtla saat 04:26


Tripoli - Bazar günündən bazar ertəsinə keçən gecə Liviya prezidenti Qəddafinin sarayı havadan bombardman edilərək, məhv edilib. Bu barədə rəsmi Tripoli xəbər verir.


Pekin - Sinhua agentliyinin məlumatına görə, bu sabah paytaxtın cənubunda baş vermiş yanğın nəticəsində ən az 17 nəfər həlak olub.


Cakarta - ABŞ geofizika institutunun mütəxəssisləri bildirilər ki, bu sabah İndoneziyanın Sulavesi adasında rixter cədvəli üzrə 6.2 gücündə zəlzələ baş verib.


Roma - Bazar günü yeri vaxtla saat 21:30 radələrində Paris-Roma təyyarəsində bir nəfər bıçaqla stüardessaya hücum edib. Onun məqsədi təyyarəni Liviyaya sürdürmək olub. Hücumçu dərhal tərksilah olunub. İlkin versiyaya görə, o Qazaxıstan vətəndaşıdır.


O.M.