Anar Məmmədxanov qəflətən vəfat etdi

Anar Məmmədxanov qəflətən vəfat etdi

23 Aprel 2011 17:05
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün səhər saatlarında Azərbaycanın sabiq millət vəkili Anar Məmmədxanov qəflətən vəfat edib. Mərhum bundan əvvəl ürəyindən şikayət etməsə də, gözlənilməz pristupdan dünyasını dəyişib. Hadisə yerinə çağırılan tibb işçiləri xəstəni vəziyyətdən çıxara bilməyiblər (qeyd: mərhumun həyat yoldaşı da həkimdir).

Xatırladaq ki, Anar Məmmədxanov 1970-ci il 20 iyul tarixində Bakı şəhərində ziyalı ailədə anadan olub. Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib. 1992, 1993, 1995-ci illərdə Şən və Hazırcavablar Klubları arasında MDB çempionu, 2000-ci ildə XX əsr çempionu olub. 1991-ci ildə Bakı Şən və Hazırcavablar Klubunun prezidenti, "Bakılı oğlanlar" komandasının kapitanı seçilib. Birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Evli idi, 3 azyaşlı övladı var.

Allah rəhmət eləsin!

Günel Həbib

O.M.