İndoneziyada tankerdə baş vermiş yanğın nəticəsində həlak olanlar var

İndoneziyada tankerdə baş vermiş yanğın nəticəsində həlak olanlar var

13 May 2020 10:01
Bəyəndim (1) Bəyənmədim (0)

İndoneziyanın Şimali Sumatra əyalətində “Jag Leela” tankerində baş vermiş yanğın nəticəsində azı yeddi nəfər həlak olub, 22 nəfər isə xəsarət alıb.

Oxuməni.az xəbər verir ki, bu barədə “The Jakarta Post” qəzeti məlumat yayıb.

Bildirilir ki, hadisə İndoneziyanın Medan şəhərinin Belavan limanında baş verib. Axtarış-xilasetmə qrupu həlak olan heyət üzvlərinin cəsədlərini gəminin müxtəlif yerlərində aşkar edib. Onlardan yalnız birini tanımaq mümkün olub. Güman edilir ki, yanğın zamanı onlar gəminin daxilində olublar.

Şimali Sumatra əyalətinin polis idarəsinin rəisinin bildirdiyinə görə, axtarış-xilasetmə işləri davam etdirilir və çox güman ki, həlak olanların sayı arta bilər.

Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.

Oxuməni.az