VIDEO-Yəməni tətillər bürüdü

VIDEO-Yəməni tətillər bürüdü

23 Aprel 2011 19:02
Bəyəndim (0) Bəyənmədim (0)

Reutersin yaydığı məlumata görə, bu gün Yəmənin prezidenti Əli Abdulla Saleh müxalifəti ölkəni vətəndaş müharibəsinə sürükləməkdə ittiham edib. Belə ki, Yəməndə səhər saatlarından etibarən tətillər başlayıb. Mağazalar və digər obyektlər bu saatlaradək açılmayıb. Təkcə Aden şəhərindəki müəssisələrin 90 faizi bağlı qalıb.


Paytaxt Sanada çıxış edən prezident gəncləri Konstitusiyaya uyğun hərəkət etməyə və siyasi partiya şəklində mübarizə aparmağa dəvət edib.


Xatırladaq ki, hər gün 10 minlərlə adamı küçələrə tökən etiraz mitinqləri Yəməndə üçüncü aydır davam edir. Vətəndaşlar ölkədə korrupsiya və kasıbçılığa son qoymağı tələb edirlər.

Fars körfəzi əməkdaşlıq birliyi ölkələrinin təklifi ilə Saleh 3 aylıq öz postunu vitse prezidentə verməyə razıdır.

Müqavilə imzalandıqdan sonra prezident əvəzi müxalifət liderləri ilə danışıqlara başlayacaq.


Həmin plana əsasən 32 illik diktator və onun yaxınları gələcəkdə cinayət məsuliyyətinə cəlb olunmayacaqlar. Eyni zamanda müxaliflərin mitinqlərinə də son qoyulacaq.

Mövcud layihəyə baxmayaraq, bu gün də Saleh tərəfdarları və müxalifləri meydanlara toplaşmışlar


32 ildir sərvətlə sulanan diktatura ağacı adi bir küləklə qopan deyil. Çünki kökləri dərinlərə gedib. Onu ancaq qasırğa və tufan qopara bilər...


Natiq Qocaman


O.M.