Şamaxıda XI sinif şagirdinin törətdiyi qəza ilə bağlı cinayət işi başlanıb

Şamaxıda XI sinif şagirdinin törətdiyi qəza ilə bağlı cinayət işi başlanıb

9 May 10:42
5 523
Bəyəndim (0) Bəyənmədim (0)

Şamaxıda XI sinif şagirdinin törətdiyi qəza ilə bağlı cinayət işi başlanıb.

Hadisə ötən gün saat 18:00 radələrində Şamaxı-Pirqulu yolunun Əngəxaran kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Şamaxı sakini, 2003-cü il təvəllüdlü Zeynalov Fəqan Anar oğlu babası Mürvət Zeynalova məxsus "Niva" markalı minik avtomobili ilə hərəkətdə olarkən döngədə idarəetməni itirib və maşın yoldan çıxaraq aşıb.

Hadisə zamanı sərnişin, 2003-cü il təvəllüdlü Muxtarov Bəxtiyar Azər oğlu aldığı ağır xəsarətlər səbəbindən dünyasını dəyişib. Avtomobili idarə edən Fəqan Zeynalov və digər sərnişin, Bakı sakini, 2004-cü il təvəllüdlü Salahov Cəmil Azər oğlu xəsarət alıb. Yaralılar Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Ölən və yaralanan şəxslər XI sinif şagirdləridir.

Faktla bağlı Şamaxı rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol-istismar qaydalarını pozma, zərərçəkənin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.

Oxuməni.az