Bakı-Şamaxı yolunda ciddi reyd keçirilir

Bakı-Şamaxı yolunda ciddi reyd keçirilir

23 Aprel 2011 17:04
Bəyəndim (0) Bəyənmədim (0)
Sürücülər polislərlə mübahisə edirlər

Bu dəqiqələrdə Bakı-Şamaxı yolunun Sulutəpə ərazisində Dövlət yol polisi əməkdaşları reyd keçirilər. Reyd zamanı yüksək tonnajlı yük maşınları yoxlanılır. İlkin nəticələr ürəkaçan deyil. Belə ki, əksər maşınların sənədləri qaydasında deyil. Hətta bəzilərinin heç sənədi yoxdur. Maşınların həddən artıq yük götürdükləri də qayda pozuntuları sırasındadır. Hər bir fakt yerindəcə aktlaşdırılaraq qeydiyyata alınır.


Reyddə çox az sayda yük maşınının normalara uyğun hərəkət etdiyi məlum olmuşdur.


Barəsində inzibati cəza tətbiq olunan bəzi sürücülər polis məmurları ilə acıq-aydın mübahisə edir.


Onu da qeyd edək ki, prosesi ANS televiziya kanalı lentə köçürür.


Beləcə, yük maşını sürücülərinin yükü daha da artdı...


Murad Ramazan


O.M.