VİDEO -  ABŞ-dan İraqa ultimatum

VİDEO - ABŞ-dan İraqa ultimatum

23 Aprel 2011 16:24
Bəyəndim (0) Bəyənmədim (0)
ABŞ generalı səhvlərini etiraf etdi

Dünən ABŞ silahlı qüvvələri Qərargah rəisləri Komitəsinin rəhbəri general Mayk Mallen sərt bəyanatla çıxış etdi. O, yaxın həftələr ərzində İraq rəsmilərinin ABŞ əsgərlərini bu ölkədə saxlamaq barədə qərar verməli olduqlarını bildirdi. "2011-ci ildən sonra da hərbi müqaviləni uzatmaq istəyirlərsə, dərhal qərar verməlidirlər. Çünki fiziki və təşkilatı cəhətdən vaxtımız çox azdır", - deyə çıxış edən hərbi nümayəndə ABŞ əsgərlərinin bəzi səhvlərinə görə də təəssüf hissi keçirdiyini bildirdi. Bu zaman onun həyəcanlandığı, kəkələdiyi gözlərdən yayınmadı.


Daha sonra kürsüyə çıxan İraqın baş naziri Nuri əl Maliki ABŞ əsgərlərinin İraqın təhlükəsizliyinin təminatçısı olduğunu vurğuladı.


Xatırladaq ki, 2008-ci ilin noyabrında Vaşinqtonla Bağdad arasında bağlanmış sazişə əsasən ABŞ hərbi qüvvələri ötən ilin avqustundan etibarən bu ölkəni tərk etməyə başlamışlar. Yerdə qalan 47 minlik kontingent isə yerli orduya təlim və təhsil verməklə yanaşı irimiqyaslı əməliyyatlarda iştirak etməklə məşğuldur. Onu da qeyd edək ki, Barak Obama seçkiqabağı vədlərində ABŞ hərbi qoşun hissələrinin 2012-ci ilədək İraqdan tamamilə çıxarılacağını vəd etmişdi.


Bulanıq suda balıq tutmaqdan asan heç nə yoxdur. Suyu bulandırmaq üçünsə iraqlıları qan qusdurmaqda davam etdirmək lazımdır.


Natiq Qocaman


O.M.