Oxumeni.az-ın redaktoru cərrahi əməliyyat olundu

Oxumeni.az-ın redaktoru cərrahi əməliyyat olundu

13 Aprel 2012 16:56
Bəyəndim (0) Bəyənmədim (0)
5 saat davam edən əməliyyatdan sonra Mehriban Bəylərqızı reanimasiya şöbəsinə yerləşdirildi

Oxumeni.az saytının OxuTV redaktoru Mehriban Bəylərqızı bu gün səhər saatlarında cərrahi əməliyyat olunub. Ölkəmizin aparıcı telekanallarından simasını yaxşı tanıdığınız, oxumeni.az-ın video süjetlərini hazırlayan Mehriban xanım bir müddətdən bəri səhhəti ilə bağlı problemlər yaşayırdı. Nəhayət ki, bu gün "Baku Medical Plaza"da problemlərə birdəfəlik son qoyuldu. Uğurla həyata keçirilən əməliyyatdan sonra xəstə reanimasiya şöbəsinin palatasına yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, hazırda xəstənin vəziyyəti stabilləşməyə doğru irəliləyir. Bir neçə saatdan sonra o, palataya köçürüləcək. Hələlik xəstənin yanına heç kim buraxılmır.

Allah şəfa versin!

O.M.