İranda təyyarə qəzaya uğrayıb

İranda təyyarə qəzaya uğrayıb

22 Aprel 2011 17:39
Bəyəndim (0) Bəyənmədim (0)

Iranda təlim zamanı təyyarə qəzaya uğrayıb. İranın IRNA dövlət xəbər agentliyinin verdiyi məlumata görə, qəzaya uğramış təlim təyyarəsində iki sərnişin olub. Onlar yaralanıb və Qəzvinin Şəhid Rəcayi xəstəxanasına çatdırılıblar. Yaralıların vəziyyətinin orta ağır olduğu bildirilir.


Kərəc şəhərindən Qəzvin istiqamətinə hərəkət edərkən pilotun təcrübəsizliyi ucbatından qəzaya uğramış hava gəmisi "Piper" tipli təlim təyyarəsi olub.


Bu ilin fevral ayında da İranın İsfahan şəhərindən Tehrana uçan təlim təyyarəsi Qəzvin şəhərinin Mehdiabad kəndi yaxınlığında qəzaya uğramışdı. Təyyarənin hər iki pilotu qəzadan öncə təyyarəni tərk etmələri nəticəsində sağ qalmışdılar.


Dəvənin qanadı olsaydı, yerdə hamı çətirlə gəzərdi...


Hafiz Əhmədov


O.M.