Cəbhə xəttində vəziyyət gərgin olaraq qalır

Cəbhə xəttində vəziyyət gərgin olaraq qalır

12 Aprel 2012 09:59
630
Bəyəndim (0) Bəyənmədim (0)

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 11-də saat 11.00-dan 11.05-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən üzbəüz mövqelərimizi, saat 15.25-dən 15.32-dək Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Qaralar kəndində yerləşən mövqelərimizi, saat 20.20-dən 20.25-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi, saat 20.40-dan 21.15-dək Ermənistan Respublikasının İcevan rayonunun ərazisindəki Saraqtiqaş dağında yerləşən mövqelərdən Qazax rayonunun adsız yüksəkliklərində yerləşən mövqelərimizi, saat 21.10-dan 21.15-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi, aprelin 12-də saat 02.10-dan 02.20-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub.

O.M.