ABŞ Silahlı Qüvvələrində koronavirusa 1087 yoluxma halı qeydə alınıb

ABŞ Silahlı Qüvvələrində koronavirusa 1087 yoluxma halı qeydə alınıb

31 Mart 2020 15:15
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Silahlı Qüvvələrinin koronavirusa yoluxan hərbçilərinin, onların ailələrinin və mülki əməkdaşlarının sayı 67 faiz artıb.

Oxuməni.az xəbər verir ki, Pentaqonun məlumatına əsasən, hazırda ABŞ Silahlı Qüvvələrində 1087 yoluxma halı qeydə alınıb. Amerikalı hərbçilər arasında infeksiyaya yoluxanların sayı isə təxminən iki dəfə artaraq 309 nəfərdən 569 nəfərə yüksəlib. Yoluxma hallarının çoxu Hərbi Dəniz Qüvvələrinin payına düşür.

Ötən həftə Sakit Okeanda xidmət aparan “USS Theodore Roosevelt” aviadaşıyıcı gəmisi heyət üzvləri arasında koronavirusa yoluxanların sayının artması səbəbindən təcili olaraq Quam adasına istiqamətlənib. Gəmidə yeddi gün ərzində yoluxanların sayı üç nəfərdən 40 nəfərə yüksəlib.

Yaponiyanın Yokosuka hərbi dəniz bazasında lövbər salan “USS Ronald Reagan” aviadaşıyıcısında da bir neçə yoluxma halı aşkarlanıb.

Oxuməni.az