Virusa yoluxanların sayı 590 590 nəfərə çatıb

Virusa yoluxanların sayı 590 590 nəfərə çatıb

28 Mart 2020 09:46
Bəyəndim (0) Bəyənmədim (0)

Dünya üzrə koronavirusa yoluxma halı ilə bağlı son statistika açıqlanıb.

Oxuməni.az xəbər verir ki, hazırda bu virusa yoluxanların sayının 590 590 olduğu açıqlanıb. Onlardan 26.965 nəfər ölüb, 132.490 nəfər isə sağalıb.

ABŞ-da yoluxma kəskin artıb və 100.514-ə çatıb. Bu ölkədə son sutkada 251 nəfər virusdan həyatını itirib, ümumilikdə isə koronavirusdan ölənlərin sayı 1.546-ya yüksəlib.

İtaliya yoluxma sayına görə Çini üstələyib və ikinci yerə qalxıb. Hazırda İtaliyada koronavirusa 86.498 yoluxma var. Son sutkada isə rekord ölüm qeydə alınıb - 919 nəfər. İtaliyada ümumi ölənlərin sayı 9.134-ə çatıb.

3-cü yerdə Çin (81.340 yoluxça, 3.292 ölüm), İspaniya (64.285 yoluxma, 4.940 ölüm) və Almaniya (50.871 yoluxma, 342 ölüm) qərarlaşıb.

İspaniyada da bu gün rekord ölüm - 569 nəfər - qeydə alınıb.

Fransa yoluxmada İranı qabaqlayaraq, 6-cı yerə qalxıb. Bu ölkədə 32.964 yoluxma var, ümumilikdə 1995 nəfər ölüb (son sutkada 299 nəfər).

32.332 yoluxma ilə 7-ci sırada olan İran isə son sutkada 144 nəfər ölüb. İranda ümumilikdə bu virusdan 2.378 nəfər dünyasını dəyişib.

Oxuməni.az