Azərbaycanda daha 29 nəfərdə koronavirus aşkar edilib

Azərbaycanda daha 29 nəfərdə koronavirus aşkar edilib

26 Mart 16:24
1 759
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Respublikasında 29 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, 1 nəfər vəfat edib.

Oxuməni.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, 2020-ci il martın 12-də Türkiyədən qayıtmış 1961-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı yüksək bədən hərarəti və nəfəs darlığı ilə xüsusi rejimli xəstəxanaya daxil olmuş, müayinə zamanı onda xroniki bronxit olduğu müəyyən edilib, pasiyentdən COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb. Xəstənin vəziyyətinin stabilləşdirilməsi ilə bağlı həyata keçirilən reanimasiya tədbirləri nəticə verməyib. Hazırda onun ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür.

Eyni zamanda, koronavirus infeksiyasına yoluxmuş 5 nəfər xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıb.

Oxuməni.az