Biləcəri qəsəbəsi ərazisində dayanacaqda bir nəfər ölüb

Biləcəri qəsəbəsi ərazisində dayanacaqda bir nəfər ölüb

25 Mart 13:53
2 442
Bəyəndim (1) Bəyənmədim (0)

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə küçədə ölən şəxslə bağlı yayılan görüntülərə aydınlıq gətirib.

Oxuməni.az-a Nazirliyin mətbuat xidmətindən bildirilib ki, bu gün Biləcəri qəsəbəsi ərazisində dayanacaqda bir nəfərin halı qəfildən pisləşib. Ətrafdakı şəxslərin müdaxiləsinə baxmayaraq, o, dünyasını dəyişib.

Araşdırmalar nəticəsində dünyasını dəyişən şəxsin ağır şəkər xəstəsi olduğu, ürək çatışmazlığından əziyyət çəkdiyi və onun ölümünə də bu xəstəliklərin səbəb olduğu müəyyən edilib.

Qeyd edək ki, sosial şəbəkələrdə Biləcəri qəsəbəsində küçədə ölən şəxsin nəşinin xüsusi geyimli şəxslər tərəfindən aparıldığı əks olunan görüntülər yayılıb.

Oxuməni.az