Xarici ölkələrdə 32 Türkiyə vətəndaşı koronavirusdan ölüb

Xarici ölkələrdə 32 Türkiyə vətəndaşı koronavirusdan ölüb

25 Mart 2020 13:43
Bəyəndim (0) Bəyənmədim (0)

Xarici ölkələrdə koronavirusdan 32 Türkiyə vətəndaşı vəfat edib.

Oxuməni.az-ın xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu mətbuat konfransında deyib.

Nazir bildirib ki, bu vətəndaşların çoxu Avropa ölkələrində vəfat edib.

"Vəfat edən şəxslərin ailələri onların cənazələrini Türkiyəyə gətirmək istəyir və biz bu ailələrə lazım olan köməyi göstəririk. Bildiyiniz ki, normal uçuşlar dayandırılıb amma karqo uçuşlar həyata keçirilir. Lazımi tədbirlər alınaraq vətəndaşlarımızın cənazələrinin ölkəmizə gətirilməsi məsələsində vacib dəstəyi veririk", - deyə Çavuşoğlu qeyd edib.

Oxuməni.az