Moskvada Azərbaycana qarşı növbəti təxribat a əl atılıb

Moskvada Azərbaycana qarşı növbəti təxribat a əl atılıb

24 Mart 2020 21:54
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın paytaxtı Moskva şəhərində Ümumrusiya Dekorativ, Tətbiqi və Xalq Sənəti Muzeyində keçirilən “İmperiya və Qafqaz. Silahlar, avadanlıqlar, hərbi ənənələr. XIX - XX əsrin başlanğıcı" adlı sərgidə Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı təxribata yol verilib.

Sərgidə nümayiş olunan eksponatların birində Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsi müstəqil dövlət kimi göstərilib.

Qeyd edək ki, 2020-ci il fevralın 5-dən başlayan sərgidə A.V.Kosarevin şəxsi kolleksiyasında olan Azərbaycan xəncərləri nümayiş olunur.

Mövcud təxribat haqqında məlumatlı olduqlarını bildirən Moskva Azərbaycan Cəmiyyətinin sədri Şamil Tağıyev qeyd edib ki, bununla bağlı qanun çərçivəsində bütün lazımi addımlar atılacaq.

Sərgidə 600-dən çox tarixi eksponat nümayiş olunur.

Oxuməni.az