Almaniyada 2 nəfərdən artıq insanın bir araya gəlməsi qadağan edilib

Almaniyada 2 nəfərdən artıq insanın bir araya gəlməsi qadağan edilib

23 Mart 2020 10:11
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniyada ictimai məkanlarda 2 nəfərdən artıq insanın bir araya gəlməsi qadağan edilib.

Oxuməni.az xəbər verir ki, bu barədə açıqlamanı Almaniya kansleri Angela Merkel verib.

O bildirib ki, 9 maddəlik qaydalara görə, Almaniyada bütün restoranlar, əyləncə mərkəzləri, kafelər bağlanıb.

Sözügedən qaydalara görə insanlar arasında 1.5-2 metr məsafə saxlanılmalıdır.

Merkel qadağaların 2 həftə qüvvədə olacağını bildirib.

Oxuməni.az